Yaz fəslinin Azərbaycana daxilolma vaxtı açıqlandı

   Yaz fəslinin    Azərbaycana daxilolma vaxtı    açıqlandı
  10 Mart 2022    Oxunub:2500
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bahar fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb.
BDU-dan AzVision.az -a verilən məlumata görə, 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

AzVision.az



Teqlər: Yazfəsli  



Xəbər lenti