“Hanı NATO? Hanı Avropa Birliyi?” – Qvardioladan sərt açıqlama

 “Hanı NATO? Hanı Avropa Birliyi?” –  Qvardioladan sərt açıqlama
  10 Mart 2022    Oxunub:1236
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə növbəti dəfə münasibət bildirib.
AzVision.azxəbər verir ki, o, Çempionlar Liqasının “Sportinq”ə qarşı keçirilən təkrar 1/8 final matçından bir gün əvvəl jurnalistlərin bu mövzuya dair suallarını da cavablandırıb.“Böyük dünya dramı odur ki, bəzi ölkələr dağıdılmaqda davam edir. Çünki bir nəfər hesab edir ki, günahsız insanları da qırmaq olar. Dünya, dünya ölkələri isə əvvəlkitək susur. Bütün bunlar siyasətin, iqtisadiyyatın, hər şeyin alt-üst olması deməkdir”.

Qvardiolanın sözlərinə görə, Ukrayna xalqı ona qarşı törədilənləri heç vaxt unutmayacaq: “Özünüzü vətəninizdə təsəvvür edin, yad bir nəfər evinizə gəlir, ora soxulur, ailənizi və dostlarınızı öldürür. Bundan sonra sən hər şeyini itirirsən və başqa ölkəyə qaçmaq məcburiyyətində qalırsan. Bu, sizin, mənim günahım ucbatından olmayıb”.

Qvardiola Ukraynaya lazımi dəstək vermədiyi üçün dünya güclərini də ittiham edib: “Hanı NATO? Hanı ABŞ? Hanı Avropa Birliyi? Sülh tapmaq artıq gecdir. Bütün bunlar siyasi təşkilatların yarıtmazlığına görədir. Belə təəssürat vardı ki, həmin təşkilatlar insanların yaxşı yaşaması üçün idi. Amma elə deyilmiş. Biz işləyərək vergi ödəyirik. Onlar bu hadisələrin baş verməməsinə görə narahat olmalıdırlar. Amma hamısı uğursuzdurlar”.

AzVision.az


Teqlər:





Xəbər lenti