Müharibə Ukraynaya 100 milyarddan çox ziyan vurdu

 Müharibə Ukraynaya  100 milyarddan çox ziyan  vurdu
  11 Mart 2022    Oxunub:1467
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub".
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib. Müşavir deyib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir.

Ustenkonun sözlərinə görə, vəziyyət əslində hər kəsin təsəvvür edə biləcəyindən daha ağırdır. Belə ki, Ukraynada müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları hesabına işləyir.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti