Çe Gevaranı güllələyən hərbçi öldü

Çe Gevaranı güllələyən hərbçi öldü
  11 Mart 2022    Oxunub:2422
Kuba inqilabının liderlərindən biri Çe Gevaranı güllələyən miçman Mario Teran Salasar ölüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “teleSUR” telekanalı yayıb. O, 80 yaşında vəfat edib.

Mario Teran Salasarın ələ keçirilməsi əməliyyatına rəhbərlik etmiş istefada olan general Qeri Prado da onun ölüm faktını təsdiqləyib. Bildirilib ki, Mario Teran Salasar bir müddət əvvəl ağciyərindəki xəstəliklə bağlı hospitala yerləşdirilibmiş.

AzVision.az


Teqlər: Çe-Qevara  





Xəbər lenti