Ermənistanı `Eurovision 2014`ün qalibi etmək istəyirlər - Video

Ermənistanı `Eurovision 2014`ün qalibi etmək istəyirlər - Video
  12 Aprel 2014    Oxunub:1405
Bu il "Eurovision 2014" mahnı müsabiqəsində Ermənistanı qalib etmək istəyirlər. Artıq eurovision.tv bu istiqamətdə təbliğata başlayıb.
Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir.

Eurovision.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni mahnısının 1.5 milyon izləyicisi var. Sayt iddia edir ki, bu günə qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5 milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer ayrılıb.

Mütəxəssislər mahnının orijinal və uğurlu olmadığını bildirir. Bu yarışmanın artıq siyasiləşdiyini söyləyən ekspertlər iddia edir ki, burda erməni lobbisinin fırıldağı var. "Eurovision 2014" mahnı müsabiqəsində Ermənistanın Aram Mp3 adlı təmsilçisi "Focus group"un mahnısını ifa edəcək.

Qeyd edək ki, gələn il “Eurovision”-un 60 illiyi, saxta “erməni soyqırımı”nın 100 illiyidir. Bütün bu hazırlıqlar da ona görə aparılır ki, ermənilər "soyqırımı"n 100 illiyini 40 ölkənin nümayəndəsi ilə qeyd edə bilsin.

Məlumat üçün deyək ki, Türkiyə bu il də musiqi yarışmasında iştirak etməyəcək - İbrahim Şahin (TRT rəhbəri) “Eurovision”u “xristian klubu” adlandırıb.

Ekspertlər bildirir ki, həqiqətən Bosniya, Makedoniya və... Azərbaycanın iştirak etməyəcəyi halda, “Eurovision” “xristian klubu” adını rəsmiləşdirəcək. Halbuki Azərbaycan bu yarışmada ardıcıl olaraq dörd illik çıxışında hər iştirakında bir pillə irəliləməklə həm yarışmada birinci yeri, həm də musiqisi ilə dünyanı fəth edib.

Ümid etmək istərdik ki, “Eurovision” rəhbərliyi “erməni barmağı”na dolaq olmağını özünə rəva görməz. Ən azından birinci olmaq istəyən ölkələrin, məsələn elə Azərbaycanın birincilik nümunəsi var.

Azərbaycan mətbuatında “Eurovision”un hər ilki qaliblərinin siyahısı verilmişdi. Ötən illərdə və o “qaliblər siyahısı”nda güman və fərziyyələrin içində bir məntiq də vardı: “Eurovision” müəyyən illərdə müəyyən ölkələrin siyasi istək və iddialarına qarşılıq olaraq saxtalığa gedib.

Xatırladaq ki, bu il keçiriləcək 59-cu “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyini Danimarka (Kopenhagen) edəcək. Müsabiqə bu il "Join us" (Bizə qoşul) mövzusunda olacaq.

Ermənistan təmsilçisi 1-ci yarımfinalda İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Azərbaycan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacaq. / Aktual.az

Qalereya




Teqlər:  





Xəbər lenti