İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür - Yenilənib

 İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür -  Yenilənib
  11 Mart 2022    Oxunub:1513
Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür.
AzVision.az xəbər verir ki, cənazənin nə vaxt gətiriləcəyi, nə vaxt və harada dəfn olunacağı hələlik məlum deyil.

***
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.


AzVision.az xəbər verir ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: "Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq".

Azərbaycan Kinematoqrafçılar İttifaqı da R.İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.

İttifaqdan bildirilib: "Kinorejissor uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.

AzVision.az




Teqlər:



Xəbər lenti