Rusiyada 100 minə yaxın insan işsiz qalıb

   Rusiyada 100 minə yaxın insan    işsiz qalıb
  12 Mart 2022    Oxunub:1646
Rusiyanın Ukraynaya hərbi təcavüzü və Qərb tərəfdaşlarının sanksiyaları nəticəsində Rusiyada 100 minə yaxın insan iş yerini itirib.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Belə ki, təkcə “McDonald's” restoranlar şəbəkəsinin Rusiya bazarından getməsi ilə 62 min şəxs işsiz qalıb.
“PepsiCo” Korporasiyası - 20 min, “IKEA” - 15 min, “Inditex” - 9 min, “KPMG” - 4500, “PWC” - 3700, “H&M”- 3500, “LVMH” - 3500, “L'Oreal” - 2200, Starbucks isə 2 000 sakini işlə təmin edirdi. Qeyd edək ki, 330-dan çox xarici şirkət Rusiyadan biznesini çıxarıb, ya qismən və ya müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti