Rus oliqarxın 530 milyonluq meqayaxtası müsadirə edildi
Qeyd edək ki, Melniçenko Avropa İttifaqının martın 9-da tətbiq etdiyi sanksiyalara məruz qalanlar siyahısındadır. Avropa Komissiyasının qərarında qeyd edildiyi kimi, o, 35 digər iş adamı ilə birlikdə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra prezident Putinlə görüşərək, sanksiyaların iqtisadi təsirini müzakirə edib.
- Onun bu görüşə dəvət olunması onu göstərir ki, biznesmen Putinin yaxın çevrəsinə mənsubdur və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə, eləcə də sabitliyinə və təhlükəsizliyinə xələl gətirən və ya təhdid edən hərəkətləri dəstəkləyir, - Avropa Komissiyası bildirib.
Xatırladaq ki, bir müddət öncə İtaliyada Kremlin təbliğatçısı kimi tanınan Vladimir Solovyov və rusiyalı oliqarx Əlişir Usmanova məxsus villalar müsadirə edilmişdi. Almaniya hakimiyyəti Usmanovun Hamburqdakı 600 milyon dollarlıq yaxtasını da müsadirə edib. Bundan başqa Fransada “Rosneft” şirkətinin rəhbəri və Rusiya prezidentinin dostu kimi tanınan İqor Seçinə məxsus yaxta müsadirə edilib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


