Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - YENİLƏNİB

   Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi -  YENİLƏNİB
  12 Mart 2022    Oxunub:1808
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım yola salınıb.

Ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində 27 fevral tarixində göndərilib.
10:42

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb. AzVision.az xəbər verir ki, qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti