Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - YENİLƏNİB
Ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində 27 fevral tarixində göndərilib.
10:42
Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb. AzVision.az xəbər verir ki, qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
AzVision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


