Azərbaycan Avropaya 9,1 milyard kubmetr qaz nəql etməyi planlaşdırır

   Azərbaycan Avropaya   9,1 milyard kubmetr qaz nəql etməyi planlaşdırır
  12 Mart 2022    Oxunub:916
Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

“Trans-Adriatik Boru Kəməri istismara veriləndən indiyədək Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il Türkiyəyə qaz ixracımızın həcmi 8,2 milyard kubmetrə, Avropaya isə artırılaraq 9,1 mlrd. kubmetrə çatacaq”,-deyə Pərviz Şahbazov bildirib.

Nazir vurğulayıb ki, ölkənin qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı Trans-Adriatik Boru Kəmərinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır.

AzVision.az



Teqlər: Azərbaycan-qazı   Avropa  



Xəbər lenti