Ərdoğanın təklifini rədd edən məşhurlar

Ərdoğanın təklifini rədd edən məşhurlar
  03 Aprel 2013    Oxunub:1931
“Aqil insanlar”la ilk görüş aprelin 4-də baş tutacaq
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mənsub olduğu partiyanın iclasında çıxışı zamanı “Aqil insanlar” siyahısını müəyyənləşdirdiklərini söyləyib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün məsələylə bağlı Ərdoğan və müavinləri, Ədliyyə naziri, mədəniyyət və turizm naziri bir araya gələrək, siyahıda yer alanlarla telefon əlaqəsi saxlayıblar. Və məlum olub ki, tənqidçi-jurnalistlərdən Mehmet Barlas, məşhur yazar Taha Akyol, müğənni Hülya Avşar və Sezen Aksu bu siyahıda yer almaq istəməyiblər.

Hülya Avşar bu işə dəstək olacağını, lakin siyahıda olmaq istəmədiyini bildirib. Sezen Aksu isə siyahıda yer almaq istəməməyini səhhətindəki problemlərlə əlaqələndirib. Tənqidçi-jurnalist Mehmet Barlas isə bu barədə açıqlama verməyərək siyahıda olmaq istəmədiyini dilə gətirib.

Qeyd edək ki, PKK terror təşkilatı ilə sülh danışıqları prosesinin müzakirə ediləcəyi “Aqil insanlar”la aprelin 4-də ilk görüş baş tutacaq. Və sülh danışıqlarında bir çox tanınmış akademik, jurnalist, yazıçı, aktyor və müğənninin fikirlərindən istifadə olunacaq.



Teqlər:  





Xəbər lenti