Üç gündür Şuşada qalan turistlər Bakıya yola düşüb

Üç gündür Şuşada qalan turistlər Bakıya yola düşüb
  14 Mart 2022    Oxunub:1017
Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.
Bu barədə AzVision.az -a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.

Qeyd olunub ki, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb”, - məlumatda deyilir.

AzVision.az


Teqlər: Şuşa  



Xəbər lenti