Şarl Mişel və İlham Əliyev sərhədlərin delimitasiyasını müzakirə edib

   Şarl Mişel və İlham Əliyev sərhədlərin delimitasiyasını müzakirə edib
  14 Mart 2022    Oxunub:813
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqazda post-münaqişə dövrünü müzakirə edib.
AzVision.az xəbər verir ki, müzakirə Ş.Mişelin Prezident İlham Əliyevlə telefon söhbəti zamanı baş tutub.

Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Qeyd edək ki, martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AzVision.az


Teqlər:



Xəbər lenti