Məşhur prokuror işdən çıxarıldı

   Məşhur prokuror işdən çıxarıldı
  14 Mart 2022    Oxunub:1782
Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tariyel Qurbanov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsindən azad edilib. Baş Prokurorluqdan faktı təsdiqləyiblər.

Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır. Vaxtilə Tariyel Qurbanov sol əli ilə hərbi salam verdiyinə görə də mətbuatın gündəminə gəlmişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti