“İndiyədək Ukraynadan 9246 vətəndaşımız təxliyə olunub”

   “İndiyədək Ukraynadan 9246 vətəndaşımız təxliyə olunub”
  15 Mart 2022    Oxunub:756
“Ukraynadakı vətəndaşlarımızın təxliyəsi məsələsi diqqətimizdədir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qonşu, yaxın ölkələrdə baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşmür: “Soydaşlarımızın Ukraynadan təxliyəsi, həmçinin, təhlükəsizliyinin təmin edilməsi baxımından bütün işlər görülür. İndiyədək Ukraynadan 9246 nəfər təxliyə olunub”.

AzVision.az


Teqlər:



Xəbər lenti