Ötən il 20 min hektardan çox ərazi minalardan təmizlənib

   Ötən il 20 min hektardan çox ərazi minalardan təmizlənib
  15 Mart 2022    Oxunub:920
Ötən il işğaldan azad edilmiş ərazilərdə 20 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
AzVision.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, bu məsələnin vacibliyi nəzərə alınaraq minalardan təmizləmə üçün zəruri maddi-texniki baza gücləndirilib. “Bu tədbirlər nəticəsində bu il minalardan təmizlənən ərazilərin ərazisi artırılaraq 40 min hektar olacağı gözlənilir”, - deyə o bildirib.

AzVision.az


Teqlər: Mina  



Xəbər lenti