Həkim səhvi ilə bağlı 78 cinayət işi başlanılıb

   Həkim səhvi ilə bağlı 78 cinayət işi başlanılıb
  15 Mart 2022    Oxunub:1293
Həkim səhlənkarlığı ilə bağlı Azərbaycanda 78 fakt üzrə cinayət işi başlanılıb.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O bildirib ki, daxil olan müraciətlər əsasən həkim tərəfindən xəstəxanaya müraciət etmiş şəxslərə düzgün diaqnoz qoyulmaması və düzgün müalicə olunmamaması ilə bağlıdır.

"Bu cür faktlar dərhal nəzarətə götürülür və araşdırılır. Həkim səhvləri ilə bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq madəsi ilə cinayət işi başlanılır", - idarə rəisi deyib.

AzVision.az


Teqlər:



Xəbər lenti