Son sutkada 142 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

   Son sutkada 142 nəfər COVID-19-a yoluxub,    9 nəfər vəfat edib
  15 Mart 2022    Oxunub:1145
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 790 962 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 507 nəfərdir. Ölkədə son sutka ərzində 5 454, hazırkı dövrədək isə 6 640 773 test aparılıb.

AzVision.az



Teqlər: COVID-19  



Xəbər lenti