“Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var”

 “Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var”
  15 Mart 2022    Oxunub:1397
“Biz daha çox Rusiyadan taxıl idxal edirik. Rusiya hökumətinin isə ixrac rüsumları 28 dollardan 34 dollara qaldırılıb”.
AzVision.az -ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ötən il Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib. Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var. Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəm”.

AzVision.az



Teqlər: Taxıl  



Xəbər lenti