"Son 15 gündə 2800 Ukrayna vətəndaşı Azərbaycana gəlib" - Vüsal Hüseynov

   "Son 15 gündə 2800 Ukrayna vətəndaşı Azərbaycana gəlib" -    Vüsal Hüseynov
  16 Mart 2022    Oxunub:2238
Rusiya-Ukrayna münqaişəsi nəticəsində Azərbaycana bu günə qədər 9500-dən çox şəxs təxliyə edilib. Bunların içərisində Ukrayna vətəndaşları da var ki, onların böyük əksəriyyəti Azərbaycan vətəndaşları ilə bağlılığı olanlardır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib. O bildirib ki, hazırda Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır:

"Onların 40 faizi, 2800-ü son 15 gün ərzində bura gələnlərdir. Bu şəxslər həm təxliyə prosesi çərçivəsində, həm də müstəqil şəkildə daxil olurlar. Ukrayna-Azərbayxan arasında olan razılaşmaya əsasən ölkədə olma müddəti 90 gün müəyyən edilib. Yəni bu şəxslər ölkəyə daxil olandan 90 gün ərzində qala bilərlər. Çoxsaylı sığınacaq müraciətəri var. Ukraynanın Azərbaycandakı səfirliyi ilə sıx münasibətlər var. Çağrı mərkəzinə də müraciət edənlər var və onların qeydiyyatı aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti