Betonqarışdıran maşın avtomobilin üzərinə aşıb - Yaralananlar var
FHN-dən AzVision.az - a daxil olan məlumatda deyilir:
"Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Honda” markalı minik və “MAN” markalı betonqarışdıran avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə sıxılı vəziyyətdə “Honda” markalı avtomobildə qalmış 2 nəfəri və “MAN” markalı betonqarışdıran avtomobildə qalmış 1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


