Yol qəzasında maşında qalanlar belə xilas edildi - VİDEO

Yol qəzasında maşında qalanlar belə xilas edildi -    VİDEO
  17 Mart 2022    Oxunub:941
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
AzVision.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Suraxanı və Nərimanov rayonlarında baş vermiş avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 4 nəfər və Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd edən 1 nəfər xilas edilib.



AzVision.az


Teqlər: FHN   Qəza  



Xəbər lenti