Türkiyənin bir neçə kanalı “Azerspace-1”lə yayımlanır

Türkiyənin bir neçə kanalı “Azerspace-1”lə yayımlanır
  17 Mart 2022    Oxunub:2861
Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) “APA-Economics”ə verilən məlumata görə, bu ilin mart ayından etibarən Türkiyənin “TMB TV”, “Akıllı TV”, “Nurs TV” və “EuroTrio TV” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.
Bu barədə AzVision.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") bildirilib. Məlumatda deyilir ki, “TMB TV” kanalında əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” televiziyalarında daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV” kanalının gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Kanalların yayım tezlikləri aşağıdakı kimidir:

“TMB TV”, “Akıllı TV” və “Nurs TV” kanallarının yayım tezliyi: 11024/H/16500;

“EuroTrio TV” kanalının yayım tezliyi: 11095/H/30000.

AzVision.az



Teqlər: Azerspace-1  



Xəbər lenti