Xırdalanda yarımstansiya yanıb, işıq kəsilib

   Xırdalanda yarımstansiya yanıb,    işıq kəsilib
  17 Mart 2022    Oxunub:1389
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yarımstansiyada baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: Xırdalan  



Xəbər lenti