Şahin Seyidzadənin deputat səlahiyyətinə xitam verilib

   Şahin Seyidzadənin deputat səlahiyyətinə xitam verilib
  17 Mart 2022    Oxunub:990
“Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib”.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin katibi Arifə Muxtarova deyib. O bildirib ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı digər işdən maaş alırsa, onun mandatına xitam verilir: “MSK qərara alır ki, Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin”.

Məsələ səsə qoyulub və yekdilliklə qəbul edilib. Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.

AzVision.az



Teqlər: Deputat   MSK  



Xəbər lenti