Nazir bu sənət adamlarını mükafatlandırdı - FOTOLAR

   Nazir bu sənət adamlarını mükafatlandırdı -    FOTOLAR
  17 Mart 2022    Oxunub:1464
Azərbaycan Milli İncəsənət Muzeyində Prezidentin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülən mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, nazirliyin nümayəndələri və mədəniyyət xadimləri iştirak edib.

Nazir Anar Kərimov bildirib ki, dövlət tərəfindən mədəniyyət xadimlərinə böyük diqqət və qayğı var: "Bizim üçün şərəfdir ki, dövlət rəhbərliyinin təltiflərini sizə təqdim edirik. Biz tarixi anları yaşayırıq. Azərbaycan təkcə torpaqlarının deyil, həm də mədəniyyətinin bütövlüyünü yaşayır. Sevinir və fəxr edirik ki, bu günləri yaşayırıq".

Nazir vurğulayıb ki, müharibədən sonra informasiya müharibəsi davam edir: "Bu işdə mədəniyyət xadimlərinin və ictimaiyyətin üzərinə böyük iş düşür. Mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğinə ehtiyac var. Bu bizim məsuliyyətimizdir. Mədəniyyətimizi geniş şəkildə dünyaya tanıtmalıyıq".

Daha sonra mədəniyyət xadimlərinə orden və medalları təqdim edilib.

Sonda mükafatçılarla xatirə şəkili çəkilib.

























Anar Bayramlı

AzVision.az


Teqlər:



Xəbər lenti