Prezidentin köməkçisi: "Azərbaycan iki cəbhədə vuruşmalı olub"
“Bu gün biz Azərbaycanın incisi olan Şuşadayıq. Hazırda Şuşa bərpa mərhələsindədir. Azərbaycan BMT üzvlüyünə qəbul olunduğu gündən bu yana beynəlxalq hüququn başlıca prinsiplərinə sadiq qalıb. Sabitlik, sülh, təhlükəsizlik kimi ümdə meyarlar daim ölkəmizin gündəmində ön plandadır”,- o deyib.
Prezidentin köməkçisi söyləyib ki, 2020-ci ildə Azərbaycan iki cəbhədə, həm Ermənistan ilə döyüş meydanlarında, həm də COVID-19 pandemiyasına qarşı vuruşmalı olub: “Bu mürəkkəb dövrdə Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edirdik. BMT ilə də əlaqələrimizin işıqlı gələcəyinə inanırıq”.
H.Hacıyev həmçinin Azərbaycanın Əfqanıstanda və başqa bölgələrdə beynəlxalq sülhməramlı əməliyyatlarında iştirak etdiyini də xatırladıb.
AzVision.az
Teqlər: Şuşa Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


