Yeni məktəbli formaları neçəyə olacaq? - BTE-dən açıqlama

   Yeni məktəbli formaları neçəyə olacaq? -    BTE-dən açıqlama
  18 Mart 2022    Oxunub:20986
Xəbər verdiyimiz kimi yeni məktəbli formalarının nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək geyim formalarının 4 rəngdə nümunəsi təklif olunur.
Bakı Tikiş Evi” ASC-nin satış üzrə müdiri Etibar Əzimov AzVision.az -a açıqlamasında bildirib ki, onlarda təsdiq olunan məktəbli formalarına uyğun nümunələr var:

“Təhsil Nazirliyi, məktəblər, valideynlər hansı rəngə daha çox üstünlük verəcəklərsə, onlar da istehsal olunacaq. Bizim üçün problem yoxdur. Biz istehsalçıyıq, həmin modelləri istehsal edə bilərik. Hazırda bizdə boz, qəhvəyi, mavi, yaşıl rəngli jaketlər var. Poloların da ağı, mavisi, qəhvəyisi, yaşılı var. Hər cür rənglər var. Məktəblərin istəyindən asılı olaraq məhsulu istehsal edəcəyik”.

E.Əzimov yeni məktəbli formalarının qiymətlərinin hələ bəlli olmadığını deyib.
“Nümunələr yeni təsdiq olunub. Hələ müzakirələr aparılmayıb. Bayramdan sonra hər şey daha da konkretləşəcək”.

Qeyd edək ki, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

Aytən Zəhra
AzVision.az



Teqlər: məktəbliforması  



Xəbər lenti