Avtovağzallardan kənar reyslərə nəzarət gücləndiriləcək
Təklif edilib ki, ilkin mərhələdə mərkəzləşdirilmiş monitorinq sistemi yaradılsın və elektron qurğular vasitəsilə marşrutların icrasına nəzarət edilsin. Həmin qurğularla avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, durma məntəqələri və yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Eyni zamanda, sürücülərin avtobusları avtovağzallardan kənarda saxlamalarına dair məlumatlar da əldə ediləcək.
DANX-da avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün müvafiq addımların atılması nəzərdə tutulub.
AzVision.az
Teqlər: Avtovağzal







Vaxtında, Aydın, Lazımlı!


