"Martda temperatur normadan 4 dərəcə aşağıdır" - ETSN
“Sabah yağışın intensivliyi azalacaq. Martın 20-də gözlənilən yağıntı ilə bərabər külək güclənəcək. Martın 21-də isə külək bir qədər səngiyəcək”.
O qeyd edib ki, mart ayının havanın temperaturu çoxillik norma göstəricilərindən 4 dərəcə aşağıdır:
“Amma son on illiklərdə mart ayının ən soyuq vaxtı 2012-ci ildə qeydə alınıb. Həmin vaxt Bakıda və Abşeron Yarımadasında 2,9 dərəcə şaxta qeyd alınmışdı. Həmçinin paytaxda qar örtüyü də əmələ gəlmişdi. Buna görə də havanın soyuq keçməsinə baxmayraq, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti rekord göstərici deyil”.
“Hətta 2013-cü ilin mart ayında Bakıda 28 dərəcə isti də qeydə alınıb. 2012,2013, 2014, 2018 və 2021-ci ildə paytaxtda mart ayında sulu qar yağıb”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


