Bacısı qızını diləndirən şəxs tutuldu - FOTO

   Bacısı qızını diləndirən şəxs tutuldu -    FOTO
  18 Mart 2022    Oxunub:1172
Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Pərviz Bədəlov tutularaq Nəsimi Rayon Polis İdarəsinə (RPİ) gətirilib.
Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib. Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib. Pərviz Bədəlov barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Dilənçi  





Xəbər lenti