Nazirlik AZE loqosuna aydınlıq gətirdi

   Nazirlik    AZE    loqosuna aydınlıq gətirdi
  18 Mart 2022    Oxunub:1917
Gənclər və İdman Nazirliyi yeni loqosu ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin AzVision.az - a verdiyi məlumata görə, hər bir ölkənin Alfa-3 sertifikatlı qəbul edilmiş qısa adı var. Beynəlxalq yarışlarda Azərbaycanın qısadılmış adı AZE olaraq göstərilir.
"İdmançılarımızın geyimləri üzərində AZE yazılır, yarışlar zamanı Azərbaycan adı AZE kimi ifadə olunur, tanınır. TV ekranlarında, yarış meydanlarında, tablolarda da belə yazılır.
Fon olaraq seçilmiş yaşıl rəng isə gənc nəslə, idmançılara xas aktivlik və enerji rəmzi olaraq ifadə olunub.

Loqo müasir dövrün dizayn tendensiyalarına uyğun və minimalist yanaşma ilə hazırlanıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti