“İçərişəhər” stansiyasında Novruz bayramı ilə keçmişə səyahət - Fotolar

   “İçərişəhər” stansiyasında Novruz bayramı ilə keçmişə səyahət -    Fotolar
  19 Mart 2022    Oxunub:3069
Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş etdirilir.
AzVision.az xəbər verir ki, sərnişinlər mart ayının 22-dək “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.

Eyni zamanda metropoliteninin “İçərişəhər” stansiyasında təşkil edilmiş Novruz bayramı şənliklərinin proqramına uşaqdan böyüyə hər kəsin tanıdığı və sevdiyi, “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun veteranı Bəhram Bağırzadə ilə görüşü də daxil edilib.



Tədbirlərin ən yaddaqalan məqamlarından birinə çevrilən görüş stansiya vestibülündə başlanıb. Şən zarafatları və suallara hazırcavablığı ilə yenə insanların diqqətini çəkən Bəhram Bağırzadə sonra platformaya enərək, stansiyanın birinci baş yolunda nümayiş etdirilən retro vaqonlarda görüşünü davam etdirib.

Bu dəfə “Bakı Metropoliteni” QSC Bəhram Bağırzadənin günün ovqatına uyğun nəşrlərinin - xalqımızın bayram adət-ənənələrini özündə əks etdirən, zəngin məlumatlı “Novruz” və məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitablarının imza gününü retro vaqonlarda təşkil edib.







AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti