İki ayda Şuşa və Ağdama 3196 sərnişin səfər edib

   İki ayda  Şuşa və Ağdama  3196 sərnişin səfər edib
  19 Mart 2022    Oxunub:824
Son iki ayda Şuşa və Ağdama səfər edən sərnişinlərin sayı məlum olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata keçirib.
Yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə ümumilikdə 3 196 sərnişin səfər edib.

Vətəndaşların öz doğma torpaqlarına gediş-gəlişi uğurla təmin olunub.

AzVision.az


Teqlər: Şuşa   Ağdam  



Xəbər lenti