“İgidlərimizin Yadigarları” şəhid və qazi övladları üçün festival adlı layihə həyata keçirilib

   “İgidlərimizin Yadigarları”    şəhid və qazi övladları üçün festival adlı layihə həyata keçirilib
  10 Mart 2022    Oxunub:463
Martın 10-da İsmayıllı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “İgidlərimizin Yadigarları” şəhid və qazi övladları üçün festival adlı layihə həyata keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə İsmayıllı rayonundan olan şəhid və qazi övladları iştirak ediblər. Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri, layihə rəhbəri Həzrət Bədiyev bildirib ki, layihənin məqsədi post-müharibə dövründə də şəhid və qazi övladlarının diqqətdə saxlanılması, bununla müharibə qəhrəmanlarının və onların övladlarının diqqətdə saxlanılmasını bəyan etmək, eləcə də uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir.

Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov çıxış edərək bu cür layihələrin önəmindən söz açaraq qeyd edib ki, şəhid və qazi övladları bu gün cəmiyyətdə həssas və diqqətdə saxlanılması önəmli olan məsələdir. “Biz çalışmalıyıq ki, onlar daha çox diqqət və qayğıyla əhatə olunsun və öz atalarının yoxluğunu hiss etməsinlər”.

Layihənin proqram rəhbəri Nuranə Şıxəliyeva da iştirakçılara ətraflı məlumat verib. Tədbirdə eyni zamanda şəhid anaları və qazilərimiz çıxış ediblər.

Rəsmi çıxışlardan sonra festivalın bədii hissəsi başlayıb. Tədbir iştirakçılar şeir və musiqi parçaları səsləndiriblər. Daha sonra tədbir rəsm müsabiqəsi ilə davam etdirilib. Ardınca səhnəyə nağıl qəhrəmanları və Novruzun simvolu olan "kosa və keçəl" dəvət olunub. Uşaqlar musiqi sədaları altında rəqs edib və müxtəlif növ əyləncəli oyunlarda iştirak ediblər. Eyni zamanda iştirakçılar komandalara bölünərək intellektual yarışlarda iştirak ediblər. Qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti