Boksçumuz Avropa çempionatında ilk medalı qazanıb

   Boksçumuz    Avropa çempionatında    ilk medalı qazanıb
  19 Mart 2022    Oxunub:930
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/4 final görüşlərinə start verilib.
AzVision.az xəbər verir ki, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.

O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində gənc boksçu yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.

Hüseynov növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu 1/4 final görüşünə çıxacaq.

AzVision.az



Teqlər: Azərbaycan-boksçusu   Medal  





Xəbər lenti