Peyvənd olunanların sayı bilinib

Peyvənd olunanların sayı bilinib
  19 Mart 2022    Oxunub:803
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 974 vaksin vurulub.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 801, ikinci doza vaksinlərin sayı 1 864 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 498-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 811 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 355 516, birinci doza peyvəndlərin ümumi sayı 5 318 721, ikinci doza vaksinlərin sayı 4 812 983 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 000 253, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 223 559 olub.

AzVision.az



Teqlər: Peyvənd   Statistika  



Xəbər lenti