Boks millimiz Avropa çempionatında ikinci medalı qazandı

Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçu 1/4 finalda İqor Kovtundan (Ukrayna) da güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib.
O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.
Qeyd edək ki, Cəlal Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) da Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsinin axşam seansında Azərbaycanın daha 3 təmsilçisi rinqə çıxacaq.
AzVision.az