Yoluxanların sayı açıqlandı

   Yoluxanların sayı açıqlandı
  20 Mart 2022    Oxunub:972
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən xəbərə görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 956, ötən müddət ərzində isə ümumilikdə 6 666 040 test aparılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti