Cəlilabadda Novruz şənliyinə gələn Şaxta Baba idi, yoxsa Dədə Qorqud?
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumun İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Əmirov saytımıza bildirdi ki, müzakirələrə səbəb olan personaj Şaxta baba yox, Dədə Qorquddur: “Həmişə Novruz şənliklərində Dədə Qorqud personajı iştirak edib. Geyimi də adətən, ağ rəngdə olur, bu dəfə göy rəngdə olub. Havaların soyuq keçməsi ilə əlaqəli tədbirə Şaxta babanın gətirilməsi haqda məlumat həqiqətə uyğun deyil”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


