Zorlanan yeniyetmənin 7 aylıq hamiləliyi sonlandırıldı
“Ailə ilə əlaqə saxladıq. Anası Ə.P-nın sözlərinə görə, Ə.G 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir”. Ana bildirib ki, Gəncədə olanda qızının psixoloji vəziyyəti daha da gərginləşib. Onun sözlərinə görə, övladının vəziyyəti günü-gündən ağırlaşıb.
Ana qızının reanimasiyadan nə vaxt çıxacağını bilmir. O bu barədə istəklərini dilə gətirib: “İstərdim ki, burada müalicəsi bitdikdən sonra qızım psixoloji xəstəxanada da müalicə alsın. Başına gələnlərdən sonra ruhi vəziyyəti daha da pisləşib”. Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılır və zəruri dəstək göstəriləcək.
AzVision.az
Teqlər: Gəncə







Vaxtında, Aydın, Lazımlı!


