Bakıda qardaşlar avtomobili yandırıb

Bakıda qardaşlar avtomobili yandırıb
  21 Mart 2022    Oxunub:1015
Nərimanov RPİ 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti