Həmkəndlisini öldürməklə hədələdi, polis tutdu

Həmkəndlisini öldürməklə hədələdi, polis tutdu
  21 Mart 2022    Oxunub:858
Martın 20-də Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini B.Qurbanov şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün həmkəndlisi Y.Məmişovun onu öldürməklə hədələdiyini bildirib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Y.Məmişov saxlanılıb, onu yaşadığı evə baxış zamanı qanunsuz saxladığı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.


AzVision.az


Teqlər: Naftalan  





Xəbər lenti