Ağaclara görə sahə rəisi cəzalandırılıb

Ağaclara görə sahə rəisi cəzalandırılıb
  21 Mart 2022    Oxunub:1353
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığı məlum olub:

"Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb".

AzVision.az


Teqlər: Ağac  



Xəbər lenti