Son 4 gündə avtovağzaldan 40 minə qədər sərnişin daşınıb
Qabaqcadan satış prosesində kassa önündə sərnişin biletləndirilərkən fin kodun, əlaqə telefonunun kompyüterə daxil edilməsi, sərnişinin səfər edəcəyi avtobus haqqında və digər sualları yaranır ki, bu da təxmini 2-3 dəqiqə zaman alır. Sərnişinlər əlavə vaxt itirməsin, narahatlıq yaşanmasın deyə qabaqlayıcı tədbir olaraq bayram günləri əlavə kassalar da açılıb.
Statistik göstəricilərə əsasən reys və sərnişin sayı adi günlərlə müqayisədə 3 dəfə artıq olub. 18,19,20 mart tarixlərində hər gün 130-a yaxın əlavə avtobus sərnişindaşımaya cəlb edilib. Əsas məqsəd sərnişinlərimizin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasıdır. Sərnişinlərin təlabatı tam qarşılanıb və bu proses davam etdirilir. Sərnişin axını 18 və 19 mart tarixlərində daha çox olub.
AzVision.az
Teqlər: Avtovağzal







Vaxtında, Aydın, Lazımlı!


