Bakıda ağır qəzada ölənlərin adı məlum oldu
“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdoldurma daşıyan yük avtomobili hərəktdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb.
Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri - “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb.
Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. Faktla bağlı araşdırma aparılır”.
AzVision.az
Teqlər: FHN







Vaxtında, Aydın, Lazımlı!


