İngilislər milli yeməklərindən məhrum ola bilərlər

İngilislər milli yeməklərindən məhrum ola bilərlər
  21 Mart 2022    Oxunub:2082
Ukraynada müharibə və Rusiya əleyhinə sanksiyalara görə Böyük Britaniya əhalisi əsas milli yeməklərdən olan “fish and chips”dən məhrum ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb. Milli Balıq İstehsalçıları Federasiyasının prezidenti Endryu Krukun sözlərinə görə, balıq və çips təqdim edən kafelər günəbaxan yağı və balıqsız qalma riski ilə üzləşib.

Məqalə müəllifləri izah ediblər ki, günəbaxan yağının bütün ehtiyatlarının yarısı Böyük Britaniyaya Rusiya və Ukraynadan gəlir. “Bu kafelərdə satılan balıqların 30-40 faizi Rusiyadan gəlir. Razılaşmasaq, böyük problemlər yaranacaq, çünki sadəcə olaraq B planı yoxdur”.

AzVision.az


Teqlər: İngiltərə   Yemək  





Xəbər lenti