“Ericsson” Belarusa tədarükləri dayandıracaq

“Ericsson” Belarusa tədarükləri dayandıracaq
  21 Mart 2022    Oxunub:1291
İsveç telekommunikasiya konserni “Ericsson” Belarusdakı müştərilərə bütün çatdırılmaları dayandırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi press-relizdə deyilir. “Ericsson bütün tədarükləri dayandırmaq, həmçinin Rusiyada yeni müştəri layihələrini təxirə salmaq qərarına gəlib. Bu, Belarusa çatdırılmalara da aiddir, çünki oxşar sanksiyalar da bu ölkəyə tətbiq edilib”, - hesabatda izah edilir. Hüquqşünaslar ölkəyə qarşı tətbiq edilən sanksiyaları öyrənərkən şirkətin Rusiyadakı fəaliyyətinin dayandırılması martın 1-də elan edilib.

“Ericsson” həmçinin Ukraynada fəaliyyət göstərən beynəlxalq xeyriyyə təşkilatlarına 10 milyon kron (1 milyon dollardan çox) bağışlamaq niyyətində olduğunu açıqlayıb. Bu vəsait ən çox zərər çəkmiş əraziləri qida, su və tibbi ləvazimatlarla təmin etmək, həyati vacib infrastrukturu təmir etmək və evlərini tərk etmiş ailələrə dəstək olmaq üçün istifadə ediləcək.


AzVision.az


Teqlər: Ericsson  





Xəbər lenti