İran Hindistana nefti rupi ilə satmağı təklif edib

   İran Hindistana    nefti rupi ilə satmağı təklif edib
  21 Mart 2022    Oxunub:1208
İran Hindistana rupi müqabilində xam neft və təbii qaz tədarük etməklə enerji ehtiyacını ödəməyi təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Economic Time”s məlumat yayıb. İranın Hindistandakı səfiri Əli Çeqeni açıqlamasında bildirib ki, ölkəsi Hindistanın enerji təhlükəsizliyinə töhfə verməyə və rupi müqabilində ona xam neft və qaz satmağa hazırdır.

Onun sözlərinə görə, İran yenidən Hindistana ən böyük neft tədarükçülərindən birinə çevrilmək niyyətindədir: “Neft tədarükümüzün və Hindistanla bütün ticarətimizin rupi ilə hesablaşmalara köçürülməsi ölkələrimizə üçüncü tərəfin vasitəçiliyindən qaçmağa və ticarət dövriyyəsini 30 milyard dollara çatdırmağa kömək edəcək”.

Vaşinqtonun Tehranla nüvə sazişindən çıxmasından və İrana qarşı sanksiyaların tətbiqindən sonra İran Hindistana neft nəqlini dayandırıb. Bundan əvvəl Hindistan-İran ticarətində ticarət hesablaşmalarının barter mexanizmi fəaliyyət göstərirdi - Hindistan İran neftini rupi ilə ödəyirdi, İran bankları Hindistan mallarının idxalını ödəmək üçün rupidən istifadə edirdilər.

AzVision.az


Teqlər: Hindistan   Rupi  





Xəbər lenti